Şamaxıda iki qardaş yol qəzasında öldü


Digərləri 03 İyn 2019 11:03:58 195 0

Şamaxıda iki qardaş yol qəzasında öldü

Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub.

Bakı. Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub. Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.