Tünzaləyə dəstək üçün ailəsi saçlarını keçəl etdi


Şou-biznes 03 İyn 2019 10:53:00 257 0

Tünzaləyə dəstək üçün ailəsi saçlarını keçəl etdi

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bir neçə gün əvvəl başını keçəl etdirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisaya dəstək üçün ailə üzvlərinin əksəriyyəti də saçlarından imtina edib. İlk əvvəl əri Röyal bu addımı atıb.

Tünzalə daha sonra ailəsinin şəklini yayımlayaraq "Qayınatam, qardaşım, bacımın oğlu... Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, çətin anlarda dəstəyik, o qədər güclü olacağıq. Allah sizi məndən əksik etməsin" sözlərini yazıb.


Xəbərə aid fotolar