Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır


Digərləri 03 İyn 2019 10:23:41 168 0

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar

Bakı. Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.