Sumqayıtda avtobus belə yandı VİDEO


Digərləri 03 İyn 2019 10:02:00 211 0

Sumqayıtda avtobus belə yandı  VİDEO

Ötən gün Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan "AKİA" markalı 7 nömrəli sərnişin avtobusu qəfildən yanmağa başlayıb.

Bir anın içində baş verən hadisədə xəsarətlər alan olmasa da, avtobus yararsız vəziyyətə düşüb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar.

Yanğından olan görüntüləri təqdim edirik: