Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq


Digərləri 03 İyn 2019 09:52:07 225 0

Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq

Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-33° isti, Bakıda 31-33° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə aranda 31-36° isti, dağlarda 20-25° isti təşkil edəcək.