Beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq


Digərləri 03 İyn 2019 09:35:00 172 0

Beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri  ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq

Beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq

Bakı. Beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: - beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; - IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; - beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. (Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublia fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.)