227 gündür xəstəxanada müalicə alan şoumenin həkimindən


Digərləri 03 İyn 2019 09:04:00 194 0

227 gündür xəstəxanada müalicə alan şoumenin həkimindən

Türkiyəli tanınmış aparıcı Mehmet Ali Erbil ötən ilin 18 oktyabrında evinin hamamında yıxılaraq ağır zədə almışdı.

Son.az ölkə.az-a istinadən bildirir ki, xəstəxanaya aparıldıqdan sonra köhnə xəstəliyi olan Kapilyar sızma sindromu yenidən biruzə vermiş Erbilin həkimi Jan Klod Kayuka şoumenin günü-gündən daha da yaxşılaşdığını bildirib:

"Mehmet Ali fiziki müalicəyə yaxşı reaksiya verir. Qolları hazırda çox yaxşıdır. Addım atır və yeriyir. Təbii ki, uzun müddətli yeriyə bilmir, qısa vaxtda yorulur, amma günü-gündən yaxşılaşır. Uzun zamandır xəstəxanadadır və bu mühitdən bezib. Doğrusu, heç kim xəstəxanada bu qədər qalmaq istəməz. Özü də sıxılır, amma vəziyyətinin yaxşılaşmasına görə çox xoşbəxtdir".