Yəməndə hərbi parad iştirakçıları hücuma məruz qalıb


Dünya 03 İyn 2019 08:33:00 277 0

Yəməndə hərbi parad iştirakçıları hücuma məruz qalıb

Yəmənin "Ansar Allah" (husilər) hərəkatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Adendə təşkil edilmiş hərbi paradın iştirakçılarına hücum edıb.

Trend-in məlumatına görə, bu barədə "Al Massira" telekanalı xəbər verib.

Məlumata əsasən, həmin paradda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbçiləri iştirak edib. Xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edilir ki, koalisiya qüvvələri hücumun qarşısını ala biliblər.