Barselonanın mərkəzində silahlanmış şəxsi saxlanılıb


Digərləri 03 İyn 2019 04:15:00 176 0

Barselonanın mərkəzində silahlanmış şəxsi saxlanılıb

Pnevmatik silahı olan bir nəfər adam, gündüz saatlarında Barselonanın mərkəzində təlaş yaradıb

Bakı. Pnevmatik silahı olan bir nəfər adam, gündüz saatlarında Barselonanın mərkəzində təlaş yaradıb. Trend-in məlumatına görə, bu barədə "El Periodico" qəzeti xəbər verib. Məlumata əsasən, turistlər Rambla küçəsində şübhəli bir şəxs haqqında polisə xəbər verib. Nəticədə polislər həmin şəxsin axtarışına başlayıb. Saxlanılan zaman o müqavimət göstərib, üç hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb.