Epizodik rolların kralı FOTO


Kriminal 03 İyn 2019 02:30:00 230 0

Epizodik rolların kralı  FOTO

80 yaşlı Leonid Kanevski düşünür ki, əsas olan epizodik rolu yaddaqalan etməkdir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Mən ikiüzlü insanları sevmirəm. Əfsuslar olsun ki, yalan çoxalıb, xüsusilə də televiziyada". Bu günlərdə 80 illiyini qeyd edən tanınmış aktyor Leonid Kanevski Rusiya mətbuatına müsahibəsində etiraf edib. 1939-cu ilin mayında Kiyevdə, sadə yəhudi ailəsində doğulan L.Kanevskini sənət yoluna təsadüflər gətirməyib. Gələcək aktyorun valideynləri incəsənətlə yaxından maraqlanırdılar. Atası texnoloq idi. Anası konservatoriyanı bitirməsinə baxmayaraq, evdar qadın. O, özünü ailəsinə, ərinə və iki oğluna həsr edərək, işindən vaz keçmişdi. Yəqin ki, hər iki oğlunun sənətə olan marağı analarının genlərindən gəlirdi. Aleksandrda ədəbiyyata, Leoniddə isə teatr və kinoya həvəs oyanmışdı. Oğlan doğma Kiyevdəki bircə film premyerasını da əldən verməzdi, bütün cib xərcliyini film nümayişlərinə sərf edərdi. Qəbul imtahanlarının vaxtı çatanda isə Leonid valideynlərinə Moskva teatr institutlarından birinə daxil olmağı planlaşdırdığını bildirdi. Əvvəlcə valideynləri bu xəbərə şübhə ilə yanaşdılar, ancaq oğullarının ciddi olduğunu bildikdən sonra etiraz etmədilər. Oğlanın qarşısına qoyulan yeganə şərt bu oldu ki, anası onu tək buraxmayacaq. 

Sonralar L.Kanevski sovet, Rusiya və İsrailin teatr və kino aktyoru kimi şöhrət qazandı. 1971-ci ildən 1989-cu ilədək teleekranda populyar olan "İstintaq bilicilər tərəfindən aparılır" verilişinin müəlliflərindən biri kimi tanındı. 2002-ci ildə sovet televiziyasında iki filmə çəkildi. 2006-cı ildə isə L.Kanevski "İstintaq bilicilər tərəfindən aparılır" populyar dedektiv-sənədli verilişin əsas simasına çevrildi. O, proqramın bir bölümünün çəkilişi ilə bağlı bir neçə il əvvəl Bakıda da olub. Sonralar isə "Naftalan" reklamının çəkilişləri ilə bağlı Bakıda olan aktyor "Brilyant əl" filminin Bakıdakı çəkilişində iştirak etdiyi günləri yada salıb: "Bakıya "Brilyant əl" filminin çəkilişləri zamanı etdiyim ilk səfərimi xatırladım. Həmin günlərin xoş xatirələri hələ də yadımdadır. Peşəkar çəkiliş qrupu ilə işləyirdik. Bakı yaddaşımda doğma şəhər kimi qalıb". Hazırda 80 yaşını qeyd edən aktyor daim işə tələsir. Bunu təkcə nizam-intizamı və məsuliyyəti ilə deyil, həm də peşəsinə olan sonsuz sevgisi ilə əlaqələndirir.

Reytinqi manyaklar qazanır

- Leonid Semyonoviç, sizin televiziyada kriminal aləmdə nüfuz üstünlüyü haqqındakı neqativ fikirlərinizi oxumuşam. Amma sizin "İstintaq bilicilər tərəfindən aparılır" tele-layihəniz də kriminal aləmlə bağlıdır.

- Mənim aləmimdə bu, kriminal deyil. Bu layihə Tomin, Syomin ilə birgə düşünülməyib, məhz Kanevski ilə düşünülüb. İlk əvvəl qərara gəldik ki, sovet dövrünün - 1920-ci ildən başlayaraq 1990-cı illərə qədər olan tarixini əhatə edək. Proqram 13 ildir ki, efirdədir. 13-15 yaşlı uşaqlar mənə yaxınlaşıb: "Necə də maraqlıdır!" deyə bildirirlər. Əslində onlar kriminala istənilən telekanalda baxa bilərlər. Amma onlara məhz bu illər haqqında bilmək maraqlıdır: necə yaşayıblar, ünsiyyət qurublar, zarafatlaşıblar. Mən bu haqda məsuliyyət hissi ilə danışıram. Bilirəm ki, həmin vaxtlar yaşamaq həm gözəl, həm də çox mürəkkəb idi. Dramatik, xoşbəxt və eyni zamanda qəmli idi. O cümlədən, insanlar arasındakı münasibət daha şəffaf idi. Əgər insan yolda yıxılardısa o dəqiqə onun köməyinə çatardılar. İndi çox ehtimal ki, yanından keçib gedərlər. Mən bu günü pisləmirəm, sadəcə, insanların bir-birinə münasibəti dəyişib. Lakin o zamanlar mütləq dayanıb soruşardılar.   - Bu tarixlərə nüfuz edərkən siz insanların mahiyyətini başa düşdünüz?

- Mənim fikrimcə, insanlardakı ən iyrənc keyfiyyət acgözlük və tamahkarlıqdır. Bax, cinayətin kökü burdan başlayır. Mən müəlliflərdən tez-tez: "Fövqəladə fırıldaqçılar haradadır? İstedadlı pul kəsənlər haradadır?" deyə soruşuram. Biz bir qayda olaraq zamanın sındırdığı, əzdiyi və cinayətkara çevirdiyi istedadlı insanlar haqqında danışırıq. Əfsuslar olsun ki, prodüserimizin dediyi kimi "Reytinqi manyaklar qazanır".

- Sizin kino rollarınızın siyahısı zəngindir, lakin bunlar əsasən epizodik rollardır.

- Bəli, əsasən də mənfi personajlardır (gülür).

- Sizi "Epizodik rolların kralı" adlandırdıqda incimirsiniz ki?

- Bu, son dərəcə gözəldir! Stanislavski demişkən, "kiçik rollar yoxdur, kiçik aktyorlar var". Əsas epizodik rolu yaddaqalan etməkdir. Təvazökarlıqdan uzaq da olsa, deyəsən, mən bunu bacarmışam.

Ardımca "Çyort poberi" sözlərini eşitdim

- Teatrda özünüzü tamamilə təsdiqləmisiniz. Bəs sizə kinoda baş rollar verilmədiyinə görə mütəəssir olmurdunuz?


Xəbərə aid fotolar