Otellərin qiymət siyasəti necə formalaşır?


Digərləri 02 İyn 2019 23:50:00 98 0

Otellərin qiymət siyasəti necə formalaşır?

Qiymətlə xidmətin keyfiyyəti düz mütənasib olmalıdır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Turizm iqtisadi inkişafın əsas təməl sütunlarından biridir desək, yanılmarıq. Son bir neçə ilə nəzər salsaq, turizmin necə inkişaf etdiyini aydın görmək mümkündür. İnkişaf var, bunu dana bilmərik, amma etiraf etmək lazımdır ki, bəzi çatışmazlıqlar da müşahidə olunur. Xüsusilə də otel qiymətləri ilə bağlı müəyyən problemlərin yaşandığı hər kəsə bəllidir. Media olaraq turizmin inkişafı ilə bağlı mövzuları işləyərkən ekspertlərimizin hər dəfə problemli sahə kimi toxunduğu məsələlərdən biri də otellərin qiymət siyasəti olur. Mütəxəssislər hələ ki bu sahədə müəyyən boşluqlar olduğunu düşünürlər. Biz də bu yazımızda otellərin qiymət siyasətindən bəhs edəcəyik.    Keyfiyyətlə düz mütənasib xidmət göstərilməlidir

Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov qeyd edir ki, hazırda turizm sahəsi inkişaf etməkdə davam edir, müasir və yeni infrastruktur qurulur: "İnkişaf dedikdə təbii ki, yeni otellərin tikintisini gözardı etmək olmaz. Otellərin sayı artdıqca rəqabət də təbii olaraq artır, bu da birbaşa olaraq qiymət siyasətinə təsir edir. Ölkəmizdə beynəlxalq otel zəncirləri ilə yanaşı, yerli otel brendləri də fəaliyyət göstərir. Bildiyimiz kimi beynəlxalq otellərin öz qiymət siyasəti var. Yerli otellərdə də bu tendensiya müşahidə olunur. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bəli, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Lakin digər tərəfdən də qiymət siyasəti dedikdə keyfiyyətlə düz mütənasib xidmət göstərilməlidir ki, müştəri də ödədiyi pulun qarşılığını tam ala bilsin. Təəssüflər olsun ki, ölkəmizdə heç də bütün otellər qiymətlərinə uyğun keyfiyyətli xidmət göstərmirlər. Otellərimizin bir çoxu açılışdan sonra maksimum qiymət siyasəti ilə fəaliyyətə başlayırlar ki, bu da turizmin inkişafına mənfi təsir göstərir".

Turist üçün cəlbedici qiymət

İcraçı direktor deyir ki, hazırda otellərdə olan qiymət siyasəti günün tələblərinə uyğun deyil: "Azərbaycanın otel qiymətləri ilə qonşu ölkələrdəki vəziyyəti müqayisə etsək, görərik ki, ölkəmizdə olan otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz, İranla müqayisədə 100% - dən çox, Türkiyə ilə müqayisə etdikdə 20 - 40% daha bahadır. Əgər biz inkişaf istəyiriksə, şişirdilmiş qiymət yox, turistə cəlbedici olan qiymət təklif etməliyik. Azərbaycan turizmi yeni inkişaf mərhələsindədir. Ölkəmizdə müxtəlif beynəlxalq idman yarışları, musiqi festivalları və s. geniş təşkil olunur və turistlər ölkəmizə gəlməyə təşviq edilir. Lakin otellərimizdə olan neqativ hallar, qeyri-sağlam qiymət, yəni keyfiyyət tənasübü turistləri qaçıra bilər. Bunun üçün dövlət qurumlarının üzərinə böyük iş düşür. Qiymət siyasətinin tənzimlənməsinə nəzarət olunmalıdır. Bu, bilavasitə turist axının genişlənməsinə kömək edəcəkdir".

Hər təbəqədən olan turistlərə xitab edəcək otel

Ə.Qurban bildirir ki, rəqabətin daha da artması üçün 4-5 ulduzlu otellərlə yanaşı 2 və 3 ulduzlu otellərin də sayını artırmalıyıq: "Bununla da hər təbəqədən olan turistlərə xitab edəcək otellərə sahib ola bilərik. Eyni zamanda otellərin sayı artdıqca tələb və təklif mütənasibliyinə uyğun qiymətlərdə də tənzimləmə daha asan olacaq. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sahəsində də həm yerli, həm də xarici investorların cəlb olunması başlıca amillərdəndir. Lakin bunun üçün ilk növbədə münbit şərait yaratmaq lazımdır. Azərbaycan hökuməti qeyri-neft, o cümlədən, turizm sahəsində sahibkarlığın inkişafına xüsusi önəm verir, imtiyazlar tətbiq edir. Bütün bu tədbirlərin davamı olaraq, sahibkarları turizm sahəsində fəaliyyətini genişləndirilməsi məqsədi ilə stimul və motivasiya etmək lazımdır ki, maddi maraq yaransın. Təbii ki, burada turizmin inkişafına yönəlmiş tədbirlər görülməlidir, məsələn, turizm ehtiyacları üçün torpaq sahələrinin güzəştli şərtlərlə təqdim olunması, xüsusi vergi güzəştləri və s. yeni otellərin tikilməsinə şərait yaradacaqdır".

Bunları pişiklərdən UZAQ TUTUN like
  • 02 İyn 23:45  
Digərləri Bunları pişiklərdən UZAQ TUTUN

Evdə pişik saxlamağı bir çoxumuz sevirik. Amma onların nə qədər hərək

arrow Ətraflı
Azərbaycanlı avtoritet öldü  Yerinə keçəcək namizədlər  FOTO like
  • 02 İyn 23:34  
Kriminal Azərbaycanlı avtoritet öldü Yerinə keçəcək namizədlər FOTO

Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski)

arrow Ətraflı
Sumqayıtda avtobus yanıb like
  • 02 İyn 23:30  
Digərləri Sumqayıtda avtobus yanıb

Sumqayıtda yanğın qeydə alınıb.

arrow Ətraflı
Atalar sözlərində gizlənmiş YƏHUDİ MÜDRİKLİYİ like
  • 02 İyn 23:25  
Digərləri Atalar sözlərində gizlənmiş YƏHUDİ MÜDRİKLİYİ

Yəhudilər doğuluşdan müdrik və ağıllı xalq sayılır. Bu xalq tarix boy

arrow Ətraflı
Sumqayıtda avtobus yanıb like
  • 02 İyn 23:25  
Digərləri Sumqayıtda avtobus yanıb

Sumqayıtda yanğın qeydə alınıb

arrow Ətraflı
Məşhur sənətşünas və dəb ekspertindən 10 qiymətli TÖVSİYƏ like
  • 02 İyn 23:20  
Digərləri Məşhur sənətşünas və dəb ekspertindən 10 qiymətli TÖVSİYƏ

Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, sənətşünas, teatr rəssam

arrow Ətraflı
Lunyu mağarasının sirri  FOTO like
  • 02 İyn 23:15  
Digərləri Lunyu mağarasının sirri FOTO

Çiinin Çjetszyan vilayətində 1992-ci ildə təsadüfən Lunyu mağarası tap

arrow Ətraflı
Kök deyilsiniz, sadəcə planetiniz səhv düşüb  Dünyanın ƏN QƏRİBƏ VƏ MARAQLI BİLGİLƏRİ like
  • 02 İyn 23:00  
Digərləri Kök deyilsiniz, sadəcə planetiniz səhv düşüb Dünyanın ƏN QƏRİBƏ VƏ MARAQLI BİLGİLƏRİ

Son.az bir çoxlarının bilmədiyi maraqlı faktları oxucularının diqqətin

arrow Ətraflı
Qadın cüdoçularımız Rumıniyada Avropa açıq kubokunda 4 medal qazanıblar like
  • 02 İyn 23:00  
Digərləri Qadın cüdoçularımız Rumıniyada Avropa açıq kubokunda 4 medal qazanıblar

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kubokunda Azərbayca

arrow Ətraflı
Mədənizi qorumaq üçün bunlara əməl edin like
  • 02 İyn 22:49  
Digərləri Mədənizi qorumaq üçün bunlara əməl edin

Gərgin iş qrafikində çalışanlar və oturaq həyat tərzi keçirənlər ad

arrow Ətraflı
Fransada təhlükəli tullantılar anbarında yanğın baş verib like
  • 02 İyn 22:40  
Dünya Fransada təhlükəli tullantılar anbarında yanğın baş verib

Fransanın Sent-Uan-l'Omon şəhərində təhlükəli sənaye tullantıları

arrow Ətraflı