Azərbaycanlı avtoritet öldü Yerinə keçəcək namizədlər FOTO


Kriminal 02 İyn 2019 23:34:00 294 0

Azərbaycanlı avtoritet öldü  Yerinə keçəcək namizədlər  FOTO

Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əsasən Sverdlovsk əyalətinə nəzarət edən və "Lotu Quli"nin (Nadir Səlifov) adamı kimi tanınan "vor-zakon"un nəşi qohumları tərəfindən Azərbayana gətirilib və burada dəfn olunub.

Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.

Hazırda Sverdlovsk əyaləti yeni "nəzarətçi"sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.


Xəbərə aid foto