Atalar sözlərində gizlənmiş YƏHUDİ MÜDRİKLİYİ


Digərləri 02 İyn 2019 23:25:00 259 0

Atalar sözlərində gizlənmiş YƏHUDİ MÜDRİKLİYİ

Yəhudilər doğuluşdan müdrik və ağıllı xalq sayılır. Bu xalq tarix boyu bir çox hücumlara və genosidlərə məruz qalıb. Bununla belə dünyadakı nüfuzlarını indiyədək qoruyub saxlayıblar.

Son.az bu yazıda oxucuları müdrik xalqın atalar sözləri ilə tanış edir.

1. Adəm ilk xoşbəxt idi, çünki qayınanası yox idi.

2. Əgər problemi pulla həll etmək mümkündürsə, bu, problem deyil, xərcdir.

3. Allah insana 2 qulaq və bir ağız ona görə verib ki, çox qulaq asıb az danışsın.

4. Allah səni pis qadınlarından hifz etsin, yaxşılardan özün xilas ol.

5. Şərab gəldi, sirr ortaya çıxdı.

6. Allah eyni vaxtda hər yerdə ola bilməz, odur ki, o anaları yaratdı.

7. Keçinin qarşısında, atın arxasında, axmağın isə heç bir tərəfində dayanma.

8. Qonaq da balıq kimi üç gündən sonra iylənməyə başlayır.

9. Bilik çox yer tutmur.

10. İnsan heç olmasa maraq xətrinə yaşamalıdır.

11. Allah kasıbları qoruyur, ən azından bahalı günahlarından.

12. Qarımış qız ərə gedəndə dərhal gənc həyat yoldaşına çevrilir.

13. Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir.

14. Uzaqdan bütün insanlar yaxşıdır.