Lunyu mağarasının sirri FOTO


Digərləri 02 İyn 2019 23:15:00 278 0

Lunyu mağarasının sirri  FOTO

Çiinin Çjetszyan vilayətində 1992-ci ildə təsadüfən Lunyu mağarası tapılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, mağara alimlər üçün hələ də sirr olaraq qalıb.

Mağara dağların altında süni şəkildə yaradılmış tunellərdən ibarətdir. Kəşf ediləndə su ilə dolu olduğu üçün ehtimal edilir ki, buna görə də uzun illər insanlar tərəfindən tapılmayıb. Arxeoloqlar müəyyən ediblər ki, Lunyu mağaraları eramızdan əvvəl III əsrin əvvəllərində Tsin xanədanı dövründə inşa edilib. Bununla belə, mağaraların naməlum insanlar tərəfindən daha qədim dövrdə inşa edildiyini söyləyən kifayət qədər alim var.

Lunyunun bütün 24 yeraltı otaqlarının hamısı çox iridir. Divarları isə gözəl barelyeflərlə bəzədilib. Bütün bunu zubil vasitəsilə yaratmaq qeyri-mümkün idi. Çünki hesablamalar millimetrə qədər dəqiq hesablanıb. Elə bil ki, bu naxışları və zolaqları maşın salıb. Amma o dövrdə hansı maşın?

Başqa bir sirr isə Çinin tarixi mənbələrində bu barədə heç bir məlumatın olmamasıdır. Əgər mağaralar həqiqətən insan tərəfindən salınıbsa, buraya böyük bir ordu bənna gətirilib. Amma bu barədə də məlumat yoxdur. Bundan başqa Çin mifologiyasından ibarət barelyeflərin də sirri açılmır. Ehtimal edilir ki, Lunyu mağarası salındıqdan sonra təbiət hadisəsinəticəsində suya qərq olub və onun barəsində unudulub. Digər tərəfdən isə, bu yerin çox az adamın bildiyi gizli mağaralar olması ehtimalı da var.


Xəbərə aid fotolar