Kök deyilsiniz, sadəcə planetiniz səhv düşüb Dünyanın ƏN QƏRİBƏ VƏ MARAQLI BİLGİLƏRİ


Digərləri 02 İyn 2019 23:00:00 231 0

Kök deyilsiniz, sadəcə planetiniz səhv düşüb  Dünyanın ƏN QƏRİBƏ VƏ MARAQLI BİLGİLƏRİ

Son.az bir çoxlarının bilmədiyi maraqlı faktları oxucularının diqqətinə çatdırır.

Saat istiqamətində hərəkət edən yeganə planet

Günəş sistemində saat istiqamətində fırlanan yeganə planet Veneradır.

"Google"un ilk adı

Bu gün, demək olar ki, həyatımızın bütün sahələrində yer alan internet nəhəngi "Google"un ilk adı "BackRub" olub. Müəlliflər Lerri Peyc və Sergey Brin 15 iyul 1997-ci ildə platformanın adını "Google" edib və bu formada rəsmi qeydiyyatdan keçiriblər.

Dünyada ən çox cinayət törədilən ölkə

Bu statusun sahibi Vatikandır. 2017-ci ildə ölkədə yaşayan əhalinin sayı 1000 olub. Vatikanda hər il təxminən 600 cinayət faktı qeydə alınır.

Ən çox film çəkilən ölkə

Dünyada hər il ən çox film çəkilən ölkə, bilinənin əksinə, ABŞ deyil, Nigeriyadır. Ölkədə film sektoruna "Nollywood" adı verilib. Nigeriyada hər həftə, ortalama olaraq, 50 film çəkilir.

Günəş qara dəliyə çevriləcəkmi?

Sadəcə müəyyən bir çəkiyə malik ulduzlar qara dəliyə çevrilə bilər. Günəş isə teorik olaraq qara dəliyə çevriləcək ölçüdə deyil. Elm adamlarının fikrincə, Günəş bundan sonra hələ 5 milyard il də Yer planetini və Günəş sistemini isitmə vəzifəsini daşıyacaq.

Ən çox pramidanın olduğu ölkə

Bir çox insan dünyada ən çox piramidanın tikildiyi ölkənin Misir olduğunu zənn edir. Lakin ən çox piramidaya ev sahibliyi edən ölkə Sudandır. Bu ölkədə 220 ədəd piramida var.

3 ürəyi, 9 beyni olan heyvan

Səkkizayaqlı ilbizin səkkiz ayağı olduğu kimi, 3 ürəyi və 9 beyni var.

Ən isti planet

Günəş sisteminin ən isti planeti Veneradır. Bu planetin səthində havanln temperaturu 450 dərəcədir.

Zebraların zolaqları hansı işə yarayır?