Ana südündən ürəkdamar xəstəliklərinə qədər hər dərdin dərmanı GİCİTKƏNİN FAYDALARI


Digərləri 02 İyn 2019 22:20:00 220 0

Ana südündən ürəkdamar xəstəliklərinə qədər hər dərdin dərmanı  GİCİTKƏNİN FAYDALARI

Toxunarkən dəridə səpkilər və qaşıntı yaratdığına görə bir çox insan gicitkəndən uzaq gəzməyə çalışır.

Son.az xəbər verir ki, buna baxmayaraq, gicitkənin insan orqanizminə bir çox faydaları var.

Gicitkən əsrlərlə xalq təbabətində geniş istifadə olunub. Yaz aylarında bitən bu otun üzərində incə tikanlar var. Tikanlardakı formik turşusu və histamin maddələri dəriyə təmas zamanı buradakı hüceyrələrin mutasiyasını pozur və qaşınmaya səbəb olur. Gicitkənin meyvəsi də var. Fındığa bənzər bu meyvədən yağ əldə olunur. Bu yağ kosmetika və dərman sektorunda geniş istifadə edilir. Gicitkən yağı dərinin elastik quruluşunu yeniləyir, qırışıqları aradan qaldırır. Gicitkənin tərkibində flavonoid birləşmələri, mineral maddələr, lutein və diuretik təsir göstərən karotenoid birləşmələri vardır ki, bu maddələr artıq çəkidən qurtulmaqda yardımçı olur.

Gicitkənin faydaları

- Orqanizmin sağlam iş prinsipini pozan toksinləri 1 saat ərzində bədəndən təmizləyir. Eyni zamanda, bağırsaqların florasını balanslaşdıraraq həzm sistemini yaxşılaşdırır.

- Yandırıcı və həll edici tərkibi sayəsində böyrəklərdəki daş və qum yığıntılarını xaric edir. Sidik yolu infeksiyasının qarşısını alır.

- C vitamini və dəmir mineralı sayəsində qan hüceyrələrini balanslaşdırır. Hüceyrələrin sayını artıraraq qan dövranını yaxşılaşdırır. Bununla birlikdə, ürək-damar problemlərinin yaranma riskini azaldır.

- Aparılan araşdırmalarda bu otun allergik xəstəliklərə qarşı müsbət effekti olduğu ortaya çıxıb. Tez-tez allergik reaksiyalar verənlər üçün mütəxəssislər bu otun çayından istifadə etməyi məsləhət görür.

- Nəfəs problemlərinə də təsiri var. Xüsusilə, mövsümlə bağlı nəfəs yollarında yaranan problemləri və qrip kimi xəstəliklərin riskini azaldır.