Paltaryuyan maşının ömrünü uzadan


Digərləri 02 İyn 2019 21:45:00 259 0

Paltaryuyan maşının ömrünü uzadan

Paltaryuyan maşında paltar yumaq qulağa asan gəlsə də diqqət edilməsi lazım olan bəzi nüanslar var. Son.az lent.az-a istinadən paltar yuyarkən diqqət edəcəyiniz məqamlar barədə məlumat verir.

Qaynar suda paltar yumaq

Paltarlar ilıq suda yuyulduqda forma və rəng itkisi minimuma düşür. Yüksək istilik paltarların formasını və rəngini itirərək, daha sürətli köhnəlməsinə yol açır. Həmçinin, ilıq su ləkələri təmizləməkdə isti su qədər təsirlidir.

Paltaryuyan maşını çox ləkəli paltarlarla doldurmaq

Çox ləkəli paltarlar əvvəlcədən islağa qoyulmalı, sonra əldə ləkə çıxarıcı yuyucu vasitə ilə yuyulmalıdır. Qoltuq altındakı ləkələri limon suyu ilə apara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanlıqla təmizlənir. Həddindən çox yuyucu vasitə və ya yumşaldıcı paltaryuyanda yığılaraq ondan pis qoxu gəlməsinə səbəb olur.

Çirkli paltarları həddindən artıq yuyucu vasitə töküb yumaqdansa, iki dəfə normal ölçüdə yuyucu vasitə istifadə edərək yumaq daha yaxşı seçimdir.

Zərif paltarları paltaryuyan maşında yumaq

Paltaryuyan maşında normal yuma busqalterlərin formasını itirməsinə səbəb olur. Buna görə bu cür paltarları əldə yumaq daha faydalı bir üsuldur.

Ağardıcı vasitə istifadə etmək

Ağardıcı vasitə paltarların xarab olmasına səbəb ola biləcəyindən istifadəsi minimum səviyyədə olmalıdır. Artıq olarsa, paltarların formasını poza bilər.

Cins paltarları tez-tez yumaq