Bağayarpağı çayı içir, süd məhsulları yeyir Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında FOTO


Digərləri 02 İyn 2019 21:20:00 260 0

Bağayarpağı çayı içir, süd məhsulları yeyir  Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında  FOTO

İyunun 1-də Azərbaycanın cənub bölgəsinin ən yaşlı sakini Mirzadə Cabbarovanın 104 yaşı tamam olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir əsrdən çox yaşı olan Mirzadə Cabbarova hazırda Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır. Onun ömür yolu da bu dünya kimi keşməkeşli olub.

Masallı rayonunun Sığdaş kəndində anadan olan Mirzadə nənə rayonun Kolatan kənd sakini Hətəm Cabbarovla ailə həyatı qurub, 4 oğul və 1 qız uşağı dünyaya gətirib. Oğlu Aşur 7 yaşında, qızı isə körpə yaşlarında dünyasını dəyişib.

Mirzadənin kənddə kolxoz sədri işləyən həyat yoldaşı Hətəm Cabbarov evə ikinci arvad gətirdikdən sonra ailədə problemlərin olduğunu görən böyük oğlu Aydın anasını Bakıya, öz yanına aparır.

3 il Bakıda yaşadıqdan sonra Aydın anası ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndinə köçür və tikinti təşkilatında sürücü işləyir.

Həmin vaxtdan Sütəmurdov kəndində yaşayan Mirzadə nənənin böyük oğlu Aydın Cabbarov 2011-ci ildə vəfat edib.

Ağbirçək nənənin digər oğlanları - Alxas Lənkəranın Sütəmurdov, Əlizadə isə Darquba kəndində yaşayır.

Hazırda Mirzadə nənənin 10 nəvəsi, 20 nəticəsi və 5 kötücəsi var.

Mirzadə nənə gəlini Gülzardan razılığını ifadə edərək deyib:


Xəbərə aid fotolar