Türkiyədə güclü zəlzələ baş verib


Dünya 02 İyn 2019 20:15:00 177 0

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin qərbində 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 13:08-də qeydə alınan yeraltə təkanların episentri İstanbuldan 155 kilometr şərqdə, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.