Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın


Digərləri 02 İyn 2019 20:00:00 250 0

Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın

Günəşin insan dərisi üçün faydalı tərəfləri ilə yanaşı zərərləri də az deyil. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, günəşin yarada biləcəyi ən böyük təhlükə məhz dəri xərçəngidir. Bunun üçün mütəxəssislər insanlara bacardıqları qədər günəşdən uzaq olmağı tövsiyə edirlər. Mütəxəssislər bildirir ki, məhz bunun nəticəsidir ki, son zamanlar dəri xərçəngindən əziyyət çəkənlərin sayında artım olub.

Türkiyəli həkimlər bundan başqa, günəşin dəridə digər problemlərə yol açdığını da vurğulayıblar: "Günəş dəridə səthi və yaxud da çox dərin qırışlar, ləkələr yarada bilər. Dəridə müxtəlif ləkələrin yaranmasına səbəb ola bilər. Dərinin tez qocalmasında da günəş şüalarının rolunu danmaq olmaz".