Xurmanı balla qarışdırıb yesəniz... İNANILMAZ


Digərləri 02 İyn 2019 20:05:00 228 0

Xurmanı balla qarışdırıb yesəniz...  İNANILMAZ

Faydalı xassələrinə görə, xurmanın adı müqəddəs "Qurani-Kərim" də keçir. Ramazan süfrələrinin əvəzolunmazı olan xurma adətən orucu açanda yeyilir. Sağlam qidalanma üzrə mütəxəssislər qeyd edir ki, xurmaya sadəcə Ramazan aylarında deyil, ilin bütün fəsillərində üstünlük vermək xeyirdir. Xurma həm dəri, həm də vücud üçün fayadalı bitkilərdən biridir.

Son.az bu yazıda oxuyucuları xurmanın faydaları ilə tanış edir.

Xurma C vitamini sayəsində dərinin hamar olmasını və nəm balansını təmin edir. Dəriyə ehtiyacı olan nəmi qazandıran xurma onun elastikliyini bərpa edir. Odur ki, xurma dərinin vaxtından əvvəl qırışmasının və xətlərin əmələ gəlməsinin qarşısını alır.

B vitamini sayəsində isə xurma dərini problemlərdən xils edir. Aparılan araşdırmalar göstərib ki, B vitamini dəri problemlərinin müalicəsində ən effektli həll yollarından biridir. Xüsusilə dəri yenilənməsində daha təsirlidir. Əgər dəridə sızanaq və çat izi qalıbsa, xurma maskası ilə problemi aradan qaldıra bilərsiniz.

Xurmanı əzib balla qarışdırın. Bu qarışığı problemli hissəyə çəkib 20 dəqiqə gözləyin, sonra ilıq su ilə yaxalayın. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyən xurma bu sayədə dərinin gənc və elastik qalmasını təmin edir.

Xurmanın saça faydaları

Gündə 3 ədəd xurma yemək saçların daha güclü və sağlam uzanmasına təsir edir. Tərkibindəki minerallar saç folekulları və telləri qidalandıraraq həm möhkəmləndirir, həm də qalınlaşdırır. B vitamini və dəmir saç tökülməsinin qarşısını alır.

Baş dərisinə xurma yağı ilə masaj etmək saç köklərinin mineralları qısa müddətdə əmməsini sürətləndirir. Bu, dərinin həm ideal nəm balansını qorumağa yardım edir, həm saçların gurlaşmasını, həm də sağlam görünməsini təmin edir.