Səyahət etməyin sağlamlığımıza 5 faydası


Digərləri 02 İyn 2019 19:55:00 307 0

Səyahət etməyin sağlamlığımıza 5 faydası

Səyahət etmək fərqli mədəniyyətləri tanımaq baxımından olduqca əhəmiyyətlidir. Getdiyimiz yerlərin fərqli özəlliklərini kəşf edərək təcrübə qazanmaq şansı əldə edirik.

Nə qədər təəccüblü səslənsə də, davamlı olaraq səyahət etmək sağlamlığımıza da müsbət təsir göstərir.

Son.az yenicag.az-a istinadən səyahət etməyin sağlamlığımıza 5 əsas faydasını təqdim edir:

1. Tətilə getməyi planlaşdırmaq hisslərinizin yaxşılaşmasına səbəb olur - İlk öncə ağır və stresli bir tempdə olan iş həyatınız varsa, bütün bunlar sinir sisteminizin pozulmasına səbəb olur. Mütəxəssislər, belə hallarda ediləcək səyahətlərin(tətillərin) insanları xoşbəxt edəcəyini iddia edirlər. Belə ki, insanlar çalışaraq əldə edilən qazanclardan daha çox, səyahət edərək əldə edilən təcrübələrdən məmnunluq hissi keçirirlər.

2. Davamlı olaraq səyahət etmək ürək infarktına tutulmaq riskini azaldır - Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, illərlə səyahət etməyən kişilərin ürəktutma riski 30 faiz nisbətində artıb. Həmçinin, araşdırma 6 ildə bir dəfə səyahət edən qadınların da ildə 8 dəfə ürək tutmasına məruz qaldığını göstərib. Ancaq davamlı olaraq səyahət edənlərdə bu risk azalıb.

3. Səyahət ruhi sağlamlığınızı gücləndirir - İki ildə bir səyahət edən qadınlar, ildə iki dəfə səyahət edən qadınlara nisbətən stress və depressiyaya daha çox məruz qalırlar. Amerika psixoloqlarının araşdırmalarına görə tətil stressin mənbəyi olaraq gördüyünüz fəaliyyətlərdən və məkanlardan uzaqlaşmağınıza yardımcı olur.