Rusiya “İsgəndər”lərini Suriyaya göndərdi


Dünya 02 İyn 2019 18:39:00 240 0

Rusiya “İsgəndər”lərini Suriyaya göndərdi

Rusiya Suriyanın Latakiya bölgəsində yerləşən Hmeymim bazasına "İsgəndər-M" raketlərini yerləşdirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı "nyus.ru" saytı məlumat yayıb.

Saytın məlumatına görə, raketlər bölgəyə An-124 hərbi nəqliyyat təyyarələri vasitəsilə gətirilib.

Məlumatı Bəşər Əsəd rejimi təsdiqləyib. Bununla belə gətirilən sistemlərin dəqiq sayı açıqlanmayıb.