İran sərhədində 2 ton narkotik aşkarlandı


Dünya 02 İyn 2019 17:35:00 194 0

İran sərhədində 2 ton narkotik aşkarlandı

İranın cənub-qərbində Sistan və Bəluçestan vilayətinin sərhədlərində 2,19 ton narkotik maddələr aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, 3 sərhəd zolağında narkotik qaçaqmalçılarla silahlı insident baş verib.

M.Mollaşahi əlavə edib ki, qaçaqmalçılarla bir neçə saat toqquşmadan sonra 2 ədəd avtomobil, 9 ədəd motosiklet və 2 qaçaqmalçı saxlanılıb.