Çində daşqınlar yenə 2 can aldı


Dünya 02 İyn 2019 17:21:00 198 0

Çində daşqınlar yenə 2 can aldı

Çinin Yançun şəhərində (Quandun əyaləti) daşqınlar nəticəsində üçmərtəbəli bina dağılıb.

Son.az Trend-ə istinadən bildirir ki, binanın dağılması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.

Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər axtarışları davam etdirirlər.

Qeyd edilir ki, daşqınlar bi neçə gün davam edən leysan yağışları nəticəsində meydana gəlib.