Tanınmış aktrisa ərə gedir "Galatasaray"ın oyunçusuna


Digərləri 02 İyn 2019 17:28:00 218 0

Tanınmış aktrisa ərə gedir  "Galatasaray"ın oyunçusuna

Aktrisa Müge Boz "Galatasaray" basketbol klubunun oyunçusu olan nişanlısı Caner Erdeniz ilə ərə getmək qərarı alıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa haqlarında çıxan məlumatların gerçək olduğunu açıqlayıb.

"İlk görüşdə eşqə inandığımı demişdim. "Çat Kapı Aşk" filmini çəkəndə "Ümid edirəm bir gün mən də birinə dəli kimi aşiq olaram" dedim. o qədər ürəkdən arzuladım ki, Allah verdi. Bizdə də belə oldu. Qəfildən bir-birimizə aşiq olduq. Demək ki, doğru zaman gələndə olur" deyə, Müge söyləyib.

Cütlük toy hazırlığına başlasa da, dəqiq tarixi gizli saxlayıb.