Bu şəxs Azərbaycandan gedib İstanbulun ortasında çörək bıçağını qarnına soxdu


Dünya 02 İyn 2019 16:07:00 276 0

Bu şəxs Azərbaycandan gedib İstanbulun ortasında çörək bıçağını qarnına soxdu

İstanbulun Bəyoğlu məhəlləsində Azərbaycan vətəndaşı üzərində gəzdirdiyi çörək bıçağını qarnına soxub. Və qarnında bıçaq xəstəxanaya aparılıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, insident ötən gün iyunun 1-də günorta saatlarında İstanbulun Haliç körpüsü çıxışında yerləşən avtobus dayanacaında baş verib. Azərbaycan vətəndaşı olduğu müəyyən edilən şəxs üzərində gəzdirdiyi çörək bıçağı ilə özünə xəsarət yetirməyə başlayıb. Bu vaxt yaxınlıqdakı şəxslər ona mane olmağa çalışıb, amma onların cəhdləri nəticəsiz qalıb və azərbaycanlı bıçağı qarnına soxub.

Şahidlər bunu görərək hadisə barədə polisə və təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn tibbi yardım əməkdaşları Azərbaycan vətəndaşına ilkin tibbi yardım göstərib və onu qarnında bıçaq xəstəxanaya aparıblar. Həmin şəxsin "psixoloji problemlərinin" olduğu bildirilir. Şəxsin kimliyi haqda məlumat verilmir.


Xəbərə aid fotolar