Ərəblər getdi


Digərləri 02 İyn 2019 15:39:00 237 0

Ərəblər getdi

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, yanvar-aprel aylarında ölkəmizə Çindən gələnlərin sayı 1,6 dəfə, Yaponiyadan gələnlərin sayı 37,1 faiz artıb.

Bu ilin təkcə aprel ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Ümumilikdə bu il Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi gəlib ki, gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.