9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının ikinci mərhələsi başa çatıb


Digərləri 02 İyn 2019 15:10:28 181 0

9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının ikinci mərhələsi başa çatıb

Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin şagirdləri imtahan veriblər

Bakı. Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin şagirdləri imtahan veriblər. Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37670 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.