Ruhanidən ABŞa yaşıl işıq


Dünya 02 İyn 2019 14:56:00 235 0

Ruhanidən ABŞa yaşıl işıq

Düşmən keçən ilə qədər hədəfinin İram rejimi olduğunu deyirdi. Bu gün isə açıq şəkildə rejimlə işi olmadığını söyləyir. Düşmən bir neçə ay əvvələdək dünyanın ən böyük ordusuna malik olduğunu və istədiyi vaxt İran Silahlı Qüvvələrini məğlub edəcəyini iddia edirdi, bu gün isə savaş istəmədiklərini açıqlayır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani idmançılarla görüşündə deyib.

Həsən Ruhani ABŞ-la yenidən müzakirələrin mümkünlüyünə də toxunub. Onun sözlərinə görə, Birləşmiş Ştatlar sanksiyalarla İranı təslim olmağa məcbur edəcəyini zənn etsə də xalq çətinliklərə qarşı mübarizə aparır: "Əgər beynəlxalq qərarlar çərçivəsində və sayğı ilə müzakirə masasında əyləşərlərsə, biz müzakirə və məntiq əhliyik", - deyə İran prezidenti vurğulayıb.