Hansı rəng iştahı açır və ya arıqladır?


Digərləri 02 İyn 2019 14:42:00 233 0

Hansı rəng iştahı açır və ya arıqladır?

Alimlər illər boyu rənglərin əhval-ruhiyyəyə, sağlamlığa və düçüncələrə olan təsirini araşdırıb. Bir rəngi digərindən daha çox sevməyimizə səbəb o rəngin bizdə gözəl hislər yaratmasından irəli gəlir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, hər bir rəngin insan psixologiyasına və sağlamlığına təsiri fərqlidir.

Qırmızı - güclü emosiyalar yaradır. Onu sevib, sevməmək olar, lakin laqeyd qalmaq mümkün deyil. Qırmızı rəng orqanzmə stimullaşdırıcı təsir göstərir. O, bədəni canlandırıb qızışdıraraq, ürək yığılmasının tezliyini artırır, nəfəsi dərinləşdirir, əzələ tonusunu artırır, qan dövranına və adrenalinin ifrazına təsir göstərir. Bununla bərabər, maddələr mübadiləsini tezləşdirir. Lakin nəzərinizdə olsun ki, qırmızı rəng qan təzyiqini artıraraq, bəzi hallarda başağrısı verə bilir. Əgər sizdə hipertoniya xəstəliyi, emosionallıq və koordinasiya pozuntuları varsa, o halda qırmızı rəngdən istifadə məsləhət görülmür.

Çəhrayı - tam əksinə, sakitləşdirici effekt göstərir. Bu səbəbdən bir çox xəstəxanaların palata divarlarında bu rəngdən istifadə olunur.

Narıncı - iştahaya ən yaxşı təsir göstərın rəngdir. O, mədəaltı vəz və dalağı möhkəmləndirir, həzm və ürəyin işini stimullaşdırır. Bu rəng zehni xüsusiyyətlər və fiziki enerjini möhkəmləndirən və birləşdirən stimulyator olub, immun sistemə yaxşı təsir göstərir.

Sarı - günəş rəngi olaraq, əhvalı yüksəldib, qorxudan azad edir. Sarı rəng əsasən psixoloji prosessləri stimullaşdırır. Düşüncə və yaddaşın artırılması, konsentrasiyanın güclənməsinə təsir edir. Tənəffüs orqanlarına təsir edərək sinir sistemini yaxşılaşdırır. Nevrozun müalicəsinə kömək edir.