Düşmənə raketlərlə sürpriz hazırlanır


Dünya 02 İyn 2019 14:35:00 246 0

Düşmənə raketlərlə sürpriz hazırlanır

Yəmən xalqına hücum edənlərə sürpriz hazırlanır.

Son.az Publika.az-a istinadən xəbər verir ki, bunu Yəmən hökumətinin müdafiə naziri Məhəmməd Nəsir Əl-Atıfi deyib.

SABA agentliyinin məlumatına görə, Hərbi İnam Hazırlığı Komissiyası toplantısında çıxış edən nazir pilotsuz uçuş aparatları ilə raketlər istehsal etdiklərini və bu silahları Yəməndə hərbi əməliyyatlar keçirən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə qarşı istifadə edəcəklərini deyib.

Müxtəlif havadan müdafiə silahlarının istehsalı və inkişaf etdirilməsi məsələlərinin son mərhələdə olduğunu bildirən nazir Husilərin düşmən torpaqlarının dərinliklərindəki böyük əhəmiyyətə sahib nöqtlərə qarşı sarsıdıcı əməliyyatlar təşkil edəcəklərini xəbər verib.