Malyariya ağcaqanadlarını məhv edən göbələk yaradılıb


Digərləri 02 İyn 2019 13:57:00 233 0

Malyariya ağcaqanadlarını məhv edən göbələk yaradılıb

Amerikanın Merilend Universitetinin alimləri malyariya ağcaqanadlarının populyasiyasını 99 faiz məhv edən vasitə tapıb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onlar Avstraliya hörümçəyinin zəhərindən istifadə edərək, genetik cəhətdən dəyişdirilmiş bir göbələk yaradıblar.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, malyariya hər il yüz milyonlarla insana təsir edir.

Hazırlanmış göbələk 45 gün müddətində malyariya ağcaqanadlarının populyasiyasını məhv edib.

Xəstəliyin daşıyıcısı olan 1000 erkək və 500 dişi ağcaqanaddan 13 erkək ağcaqanad sağ qalıb.