Rubldan istifadə məğlubiyyətimizdir


Siyasət 02 İyn 2019 13:43:00 207 0

Rubldan istifadə məğlubiyyətimizdir

Donetsk və Luqanskda əhaliyə Rusiya pasportlarının verilməsi Ukrayna üçün uduzulmuş növbəti döyüş anlamına gəlir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ali Radanın millət vəkili Nadejda Savçenko deyib.

Onun sözlərinə görə, Ukrayna sözügedən hadisənin baş tutmasına icazə verməməli və əhalinin sosial haqlarını bərpa etməli idi.

Savçenko bu istiqamətdə daha bir döyüşün uduzulduğunu qeyd edib. Millət vəkili Donetsk və Luqanskda rubldan istifadəni məğlubiyyət kimi qələmə verib.

"Çünki bu puldan istifadə regionda Ukrayna yox, rus məhsulunun satıldığı anlamına gəlir", - Savçenko deyib.

Son.az