Astarada dəhşətli qəza:


Digərləri 02 İyn 2019 13:29:00 204 1

Astarada dəhşətli qəza:

Astarada yol-nəqliyyat hadisəsi 15 yaşlı qızın ölümünə səbəb olub.

Son.az Oxu.az-a istinadən bildirir ki, qəza rayonunun Təxtənəkəran kəndi ərazisində baş verib.

49 yaşlı sürücü Lerik rayonu Kaqoy kənd sakini, 49 yaşlı Əbülfət Səfərov Nurməmməd oğlunun idarə etdiyi "Niva" markalı avtomobil aşıb. Sürücü ilə birgə avtomobildə olan 4 sərnişin - Səringül Səfərova (1974), Nazim Şahmuradov (1980), Aytac Səfərova (2004) və Aytəkin Səfərova(2004) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Aytəkin Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son.az 


Xəbərə aid fotolar