Rusiyada partlayış nəticəsində xəsarət alanların sayı 89 nəfərə çatıb


Dünya 02 İyn 2019 12:47:00 263 0

Rusiyada partlayış nəticəsində xəsarət alanların sayı 89 nəfərə çatıb

Rusiyanın Dzerjinsk şəhərində trotil istehsalı üzrə zavodda partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayışdan sonra zavodda yanğın başlayıb, hadisə yerinə çox sayda yanğınsöndürənlər briqadası cəlb edilib.

Bildirilir ki, partlayışdan sonra tibbi yardım üçün 89 nəfər müraciət edib. Onlardan 44-ü zavodun əməkdaşı, 45-i isə ətraf ərazilərdə yaşayan sakinlərdir.

Qeyd edilir ki, xəsarət alanlardan 28-i xəstəxanalara təcili tibbi yardım avtomobilləri ilə çatdırılıb, 61-i isə özü müraciət edib.