Bakıda 33, rayonlarda 36 dərəcə HƏFTƏNİN İLK İŞ GÜNÜNÜN HAVASI


Digərləri 02 İyn 2019 11:51:00 225 0

Bakıda 33, rayonlarda 36 dərəcə  HƏFTƏNİN İLK İŞ GÜNÜNÜN HAVASI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bululdlu, yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.