"Zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm"


Dünya 02 İyn 2019 11:30:00 193 0

"Zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm"

Qolan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq Suriyadakı hədəflərə zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.

"Ərazimizin atəşə tutulmasına dözmək niyyətində deyilik və bizə qarşı istənilən təcavüzə böyük qüvvə ilə cavab verəcəyik. Bu, yürütdüyüm davamlı siyasətdir və biz bunu İsrailin təhlükəsizliyi naminə etməkdə davam edəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gecə İsrail ordusu Suriyadakı hədəflərə zərbə endirib. Suriyanın SANA agentliyinin məlumatına görə, nəticədə 3 suriyalı hərbçi ölüb, yeddi nəfər yaralanıb.