Füzulidə yük avtomobili yanıb


Digərləri 02 İyn 2019 09:19:00 198 0

Füzulidə yük avtomobili yanıb

Füzulidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun 9 №-li Qayıdış qəsəbəsində "KamAZ" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, qoşquya yığılan 15 ton ot bağlamasının 5 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.