Bu gün 37 670 şagird buraxılış imtahanı verir


Digərləri 02 İyn 2019 08:02:54 214 0

Bu gün 37 670 şagird buraxılış imtahanı verir

Bu gün 37670 şagird buraxılış imtahanı verir

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirir. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün ümumilikdə 37670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.