İspaniya Avropa İttifaqında parnik qazları tullantılarının artdığı ölkələr sırasındadır


Dünya 02 İyn 2019 07:55:00 199 0

İspaniya Avropa İttifaqında parnik qazları tullantılarının artdığı ölkələr sırasındadır

İspaniyada parnik qazları tullantıları 1990-cı ildən 17,9 faiz artıb. Halbuki Avropanın bütün ərazisində bu göstərici 23,5 faiz azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1990-2017-ci illər dövründə İspaniyada parnik qazları tullantıları 51,7 milyon ton, yaxud 17,9 faiz artıb.

Agentliyin informasiyasına görə, Avropa İttifaqının 28 ölkəsindən altısı - Avstriya, Kipr, İrlandiya, Malta, Portuqaliya və İspaniya parnik qazları ilə çirklənməyə qarşı səmərəli mübarizə apara və təqribən 30 il ərzində bu tullantıları azalda bilməyiblər.

Hesabatda bildirilir ki, İspaniyada parnik qazları tullantılarının bu qədər artması ölkədə iqtisadi inkişaf, enerji istehlakı strukturunda dəyişikliklərin olmaması ilə bağlıdır.