Oğlunun cəsədini anaya vermirlər Xoşqədəmə yenidən MÜRACİƏT ETDİ


Digərləri 02 İyn 2019 07:44:00 188 0

Oğlunun cəsədini anaya vermirlər  Xoşqədəmə yenidən MÜRACİƏT ETDİ

Bir müddət öncə öldürülnəsi barədə xəbər yayılan Mahmudov Sahib Əlisahib oğlunun cəsədi ailəsinə verilmir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə M.Sahibin anası Təbrizə xanım Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində danışıb:

"Deyirlər ki, Sahib basdırıldığı yer ot olduğu üçün cəsədi çıxartmaq mümkün deyil. Mən anayam, dişimlə, dırnağımla oğlumun cəsədini oradan çıxardaram". Qeyd edək ki, bir müddət öncə verilən rəsmi açıqlamada M.Sahibin öldürüldüyü, sonra cəsədinin üç yerə bölünərək Yardımlı, İmişli və Neftçala rayonlarında basdırıldığı qeyd edilirdi.