Nazir Sumqayıtda idmançılarla görüşüb (FOTO)


Digərləri 02 İyn 2019 03:17:00 206 0

Nazir Sumqayıtda idmançılarla görüşüb (FOTO)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Sumqayıt şəhərində paralimpiyaçılarla görüşüblər

Bakı. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya Kompleksində üzgüçülük, boccia, cüdo, pauerliftinq və güllə atıcılığı idman növü ilə məşğul olan paralimpiyaçılarla görüşüblər. Trend-in məlumatına görə, idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıblar. Sahil Babayev və İlqar Rəhimov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaq paralimpiyaçılarını təbrik ediblər. Nazir və komitə prezidenti iki həftə öncə Bakıda keçirilən para cüdo üzrə beynəlxalq qran-pri yarışında mükafat alan idmançıları təbrik ediblər. İdmançılara gələcək fəaliyyətlərində yeni uğurlar arzu ediblər.