Üç yaşlı qız çətin riyaziyyat məsələlərini asanlıqla həll edir VİDEO


Digərləri 02 İyn 2019 02:30:00 325 0

Üç yaşlı qız çətin riyaziyyat məsələlərini asanlıqla həll edir  VİDEO

Vaşinqtonda yaşayan üç yaşlı Eyden adlı qız hamını təəccübləndirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Eyden anasının köməyi ilə hər gün 4-5-ci siniflərə aid riyaziyyat tapşırıqlarını həll edir.

Eyden hələ məktəbə getmir. Amma hər səhər yuxudan oyanan kimi yazı lövhəsinin qarşısına keçir və məsələləri həll edir. 3 yaşlı qızcığaz riyaziyyatla çox maraqlanır və bu dəqiq elmdə asanlıqla mükəmməl biliklərə yiyələnir. Eydenə çətin misallar oyun kimi gəlir.

Bundan başqa Eyden kimya ilə maraqlanır, oxumağı və yazmağı bacarır, şahmat oynamağı xoşlayır. O, asanlıqla anasını şahmatda məğlub edir. Qızcığaz iki yaşı olanda birdən oxumağı və yazmağı öyrəndir. Onun anası da riyaziyyatı xoşladığı üçün qızını lövhə qarşısına keçirdi və dəqiq elmləri öyrətməyə başladı.

Sintiya Ediniq düşünür ki, qızı 5 yaşına çatanda riyaziyyatı o səviyyədə biləcək ki, xüsusi məktəbdə, ən azı beşinci sinifdən dərsə başlayacaq.