Bakı metropolitenində Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib FOTO


Digərləri 02 İyn 2019 01:30:00 290 0

Bakı metropolitenində Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib  FOTO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində geniş şəkildə, maraqlı layihələrin fonunda keçirilib.

"Bakı Metropoliteni" QSC-dən Son.az-a verilən məlumata görə, builki bayramda uşaqlara həsr olunmuş bir-birindən fərqli üç layihəsi ilə çıxış edib.

Fərqli olduğu qədər də bir-birini tamamlayan bu layihələrin eyni məkanda və vaxtda keçirilməsi silsilə tədbirlərə festival ovqatı qatıb.

"İçərişəhər" stansiyasında Azərbaycanın məşhur uşaq mahnılarının sədaları altında keçən tədbirin maraqlı layihələrindən biri də ən oxunaqlı uşaq kitabının kiçik sərnişinlərimizə paylanılması olub. "Bakı Metropoliteni" QSC-nin dəvəti ilə Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin "Bakı uşaqlar üçün" adlı kitabını şəxsən kiçik yaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib. Şən, hazırcavab "Bakılı oğlan" məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb. Bəhram Bağırzadə uşaqların bayramını ürəkdən təbrik edərək, onlara xoş günlər arzulayıb.

Müxtəlif uşaq tamaşalarının personajları, uzunayaqlıların, birtəkərli velosiped sürənlərin jonqlyor oyunlarından ibarət cəlbedici şou-proqram, xüsusən uşaqların sevimlisi olan, xüsusi dəvət edilmiş Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları heyranlıqla qarşılanıb. Eyni zamanda şən təlxəklərin zarafat və oyunları da balacalarımızı əyləndirib. Onlar bəzəkli şarlardan düzəltdikləri fiqurları da balaca sərnişinlərə paylayıblar.


Xəbərə aid fotolar