Silahlılar sutka ərzində Suriyanın iki vilayətində atəşkəsi pozub


Digərləri 02 İyn 2019 00:48:09 214 0

Silahlılar sutka ərzində Suriyanın iki vilayətində atəşkəsi pozub

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Xama vilayətlərində atəşkəsi pozublar, bəzi yaşayış məntəqələri bir neçə dəfə atəşə tutulub

Baki. Silahlılar sutka ərzində Suriyanın Latakiya və Xama vilayətlərində atəşkəsi pozublar, bəzi yaşayış məntəqələri bir neçə dəfə atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib. V.Kupçişin qeyd edib: "Sutka ərzində "İdlib deeskalasiya bölgəsində" Latakiya vilayətinin Safsafa (iki dəfə), Naxşebba (iki dəfə), Beyt-Smayra (iki dəfə), Sanceka, Qəstəl-Əl-Borc, Darx-Əbu-Əsəd, Sandran, Mamuxiya, Cübb-Əl-Mqara yaşayış məntəqələrinin və Xama vilayətinin Qalyat-Əl-Mudik yaşayış məntəqəsinin atəşə tutulması qeydə alınıb".