Gülərüzlü olmağın dünya və axirət bərəkətləri


Digərləri 01 İyn 2019 23:40:00 204 0

Gülərüzlü olmağın dünya və axirət bərəkətləri

Gülərüzlü olmaq - möminin sifətlərindən biridir. Bu güllərüzlülük həm zahirdə, həm batində və həm də rəftarda özünü büruzə verməlidir. Bəzən insan yaxınlarına və dostlarına üzünüt turşudur, ancaq cəmiyyətə çıxan zaman gülümsəməyə çalışır. (Tebyan)

İnsan o zaman ki, gülərüz olar, hamı ona qarşı rəğbət əldə edər və ondan çəkinməz. Ancaq insan o zaman ki, üzünü turşudar və mısmırığı yerlə gedər, insanlar ondan qaçarlar. Çünki bu sifət səmimi rabitə qurmağa imkan vermir.

Əgər insan İlahi rizanı qazanmaq niyyətilə, pak niyyətlə gülərüz olarsa, bu, həm də ibadət sayılar. İmam Əli (ə) buyurur: "Möminin şadlığı üzündədir, qəmi isə qəlbində".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) başqa yerdə buyurur: "İnsanlarla elə ünsiyyət qurun ki, əgər ölsəniz sizin üçün ağlasınlar. Əgər sağ qalsanız, sizə qarşı mehriban olsunlar".

Gülərüzlü olmaq Həzrət Peyğəmbərin (s) biz müsəlmanlara tövsiyəsidir. Həzrət (s) möminlərin gülərüzlə bir-birini qarşılamasını həmişə tövsiyə edərdi.

Gülərüzlü olmağın faydaları.

1. Məhəbbəti artırar. İnsanın başqaları tərəfindən sevilməsinin və rəğbətlə qarşılanmasının amillərindən biri də gülərüzlü olmaqdır. Dostların qəlbini əldə etməyin və anlaşılmamazlıqları onların ürəyindən çıxartmağın ən yaxşı yolu gülərüzlü olmaqdır.

İmam Əli (ə) buyurur: "Gülərüzlülük - dostluq tələsidir".