Yerinə yetirilməsi qəti olan dualar


Digərləri 01 İyn 2019 23:15:00 459 0

Yerinə yetirilməsi qəti olan dualar

Ayətullah Behcət suala cavab olaraq, buyurmuşdu: "Bəziləri güman edir ki, dua etmək qoca qarıların və ya qoca kişilərin işidir. Çünki bu insanlar cihad meydanında vuruşa bilmirlər".

Duanın yerinə yetməsi haqqında hədisdə deyilir: "Yəni, hər kəs dua edərsə və yerinə yetməsindən başqa bir şey hiss etməzsə, duası yerinə yetər". (Tebyan)

Son.az deyerler.org-a istinadən bildirir ki, Ayətullah Behcət buyurur: "Bizdə sanki elə bir hiss yaranar ki, duamız yerinə yetmir. Sınmış qəlb sahibi istəyir ki, duası oxun hədəfə dəydiyi kimi yerinə yetsin. Yəni dua edək və onun yerinə yetməsini başa düşək. Ya da ən azı bizə onun həyata keçməsi üçün vəd verilsin".

O dua yerinə yetər ki, dua edən onun yerinə yetəcəyinə ümidvar olar. Bunun üçün yəqinlə dolu qəlbə ehtiyac vardır. Qüdsi hədisdə oxuyuruq ki, Həzrət Musa (ə) Allahdan soruşur ki, Onu başqa harada tapa bilər? Allah Təala buyurur: "Mən sınmış qəlblərdə və köhnə qəbirlərin yanındayam".

Niyə dualar qəbul olunmur?

Allaha o qədər iman bəsləməliyik ki, uşaq öz anasına bəsləyir və ondan başqasını tanımır. Ona bəslədiyi eşqi bütün varlığı ilə hiss edər. İnsanların bir çoxu giriftar olan zaman əllərini duaya qaldırar və öz məbudlarından istəklərini istəyərlər. Bəzən belə olur ki, möminlər dua edirlər, ancaq duaları yerinə yetmir. Bu cür insanlar çox zaman ümidsiz olur və özlərini müqəssir hesab edirlər.

Biz əgər hədislərə nəzər salsaq görərik ki, Allah hər duanı yerinə yetirir, ancaq Öz Hikmətinə uyğun olaraq. Dua edənin zənn etdiyi kimi olmaya bilər. Bunu bilmək lazımdır ki, duanın xüsusi şəraiti vardır.