“Forbes”in keçmiş sahibi Aleksandr Fedotov iflas etdi


Digərləri 01 İyn 2019 23:05:00 221 0

“Forbes”in keçmiş sahibi Aleksandr Fedotov iflas etdi

Moskvanın arbirtaj məhkəməsi fərdi sahibkar Aleksandr Fedotovu müflis elan edib.

Son.az facemark.az-a istinadən bildirir ki, RBK nəşri yazır ki, o 2018-ci ilin avqustuna qədər "Forbes" Rusiyanın strukturlarını idarə edib.

Biznesmen arbitraj məhkəməsinə iflası ilə bağlı ərzinəni 2019-cu ilin martında verib. Buna səbəb "Silosso Co Ltd"-yə olan borcların ödənilməməsi ilə bağlıdır. Borcun məbləği 381 milyon rubldur. Aleksandr Fedotovun ümumi borcunun məbləği 600 milyon rubldur. Bu haqda isə Fedotovun nümayəndəsi məhkəmədə deyib.

"Hər halda Fedotovun o borcları çıxılacaq ki, onları qaytarmaq mümkün deyil", - deyə "Rustam Kurmayev və partnyorlar" firmasının "iflas və müflislik" istiqamətinin rəhbəri Oleq Permyakov deyib. Onun sözlərinə görə, kreditorların borclarını ödəmək şansları inventar və mal satıldıqdan sonra aydın olacaq.