Azərbaycan XİN: İşğal olunmuş ərazilərimizdə keçirilən oyunlar futbolun parodiyasından başqa bir şey deyil


Digərləri 01 İyn 2019 22:56:48 185 0

Azərbaycan XİN: İşğal olunmuş ərazilərimizdə keçirilən oyunlar futbolun parodiyasından başqa bir şey deyil

Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir

Bakı. Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib. “Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə “qarlar ölkəsi” ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 01.06.2019 [21:01] Rusiya Uşaq Fondunun prezidenti: Biz Heydər Əliyevlə birlikdə SSRİ-dəki yetim uşaqlar barədə mühüm sənəd hazırlamışdıq 01.06.2019 [19:18] Paşinyanın özünü təmizə çıxarma cəhdi baş tutmadı 01.06.2019 [18:30] Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək 01.06.2019 [18:18] Polşa Prezidenti Bakıda çəkdiyi fotonu özünün “Instagram” səhifəsində paylaşıb 1 / 1 Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin